OpenAI-yə rekord yatırım – 8.3 milyard dollar!

Süni intellekt dünyasında yeni bir dönüş nöqtəsi yaşanır. ChatGPT-nin yaradıcısı olan OpenAI, 300 milyard dollarlıq dəyərlə 8.3 milyard dollarlıq yeni yatırım cəlb edib. Bu barədə The New York Times məlumat yayıb.

Əvvəlcədən planlaşdırılandan aylarla tez tamamlanan bu yatırım turu, OpenAI-nin cari ildə ümumilikdə 40 milyard dollar vəsait toplamaq strategiyasının bir hissəsidir. Xatırladaq ki, mart ayında SoftBank-ın rəhbərliyi ilə aparılan turda 2.5 milyard dollar toplanmışdı. İndi isə investorların yüksək marağı sayəsində OpenAI planlaşdırılan 7.5 milyard dolları da qabaqcadan əldə etmiş oldu.

The Information bildirir ki, şirkət hal-hazırda illik 12 milyard dollardan çox gəlir əldə edir və həftəlik 700 milyon aktiv istifadəçiyə çatıb. NYT isə bu göstəricinin artıq 13 milyarda yaxınlaşdığını və ilin sonuna kimi 20 milyarda yüksələcəyini qeyd edir.

Yatırım turuna Dragoneer Investment Group liderlik edib və təkcə özü 2.8 milyard dollar sərmayə yatırıb. Siyahıda həmçinin Blackstone, TPG, T. Rowe Price, və digər nüfuzlu fondlar da yer alır. Məlumata görə, bəzi əvvəlki investorlar bu dəfə daha az pay alıblar, çünki OpenAI strateji tərəfdaşlara üstünlük verib.

Eyni zamanda, OpenAI ilə Microsoft arasında əməkdaşlıq genişlənir, həmçinin ABŞ hökuməti tərəfindən dəstəklənən AI strategiyası şirkətin gələcək planlarını daha da möhkəmləndirir.

OpenAI – artıq sadəcə bir tədqiqat laboratoriyası deyil. Bu gün o, dünyanın ən dəyərli texnoloji şirkətlərindən birinə çevrilməkdədir.

0
Would love your thoughts, please comment.x
()
x